Azərbaycan Müdafiə Nazirliyi Zakir Həsənov BƏƏ

Zakir Həsənov "Dubai Airshow 2023" sərgisində iştirak edir

Bakı. TurkicWorld:

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən "Dubai Airshow 2023" beynəlxalq sərgisində iştirak edir.

Müdafiə Nazirliyindən TurkicWorld-ə bildirilib ki, nazirliyin rəhbər heyəti burada Türkiyə Müdafiə Sənayesinin "ROKETSAN" şirkətinin stendində nümayiş etdirilən silah, texnika və hərbi təyinatlı vasitələrlə tanış olub.

"ROKETSAN" şirkətinin rəhbərliyi ilə keçirilən görüşdə hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Mövzuya görə xəbərlər