Yaxın zamanlarda Qarabağ ağıllı şəhərləri və kənd təsərrüfatı məhsulları ilə də məşhur olacaq - Cahid Bağcı

Yaxın zamanlarda Qarabağ ağıllı şəhərləri və kənd təsərrüfatı məhsulları ilə də məşhur olacaq - Cahid Bağcı

Yaxın zamanlarda Qarabağ ağıllı şəhərləri və kənd təsərrüfatı, məhsulları ilə də məşhur olacaq.

TurkicWorld-un məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı Suqovuşan və Talış kəndlərinə səfər zamanı bildirib.

Səfir bundan əvvəl Azərbaycanın işğaldan azad edilmiş Füzuli, Ağdam, Şuşa şəhərlərinə də səfər etdiyini xatırladıb:

“Qarabağın hər yeri gözəl və dəyərlidir. Mən səfir təyin ediləndə demişdim ki, Qarabağ Azərbaycanın qəlbidir. İnşaallah, yaxın zamanlarda Qarabağ ağıllı şəhərləri və kənd təsərrüfatı, məhsulları ilə də məşhur olacaq. Burada çox gözəl tut ağacları var. İnşallah, dünyanın ən keyfiyyətli ipəyi də burada istehsal olunacaq”.