Ermənistan azərbaycanlılara qarşı zorakılıq çağırışlarına “söz azadlığı” donu geyindirib - Nazir müavini

Ermənistan azərbaycanlılara qarşı zorakılıq çağırışlarına “söz azadlığı” donu geyindirib - Nazir müavini

Bakı. TurkicWorld:

Ermənistanın etnik nifrət və çağırışları bu gün də dövlət səviyyəsində davam etdirilir.

TurkicWorld xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov "Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı mərasimində çıxışında deyib.

"Ermənistanda antitürk və antiazərbaycan ideologiyası bu gün də davam etdirilir. Ermənistan hökumətinin rəsmiləri tərəfindən müxtəlif dövrlərdə səsləndirilən irqçi fikirlərə rast gəlmək olar. Təəssüflər olsun ki, bu gün də o fikirlər yayılır.

Azərbaycanlılara qarşı zorakılıq çağırış edənlərin nə fəaliyyəti qadağa edilib, nə də cəzalandırılıb. Əksinə, Ermənistan hökuməti tərəfindən onlara dəstək verilib. Halbuki Ermənistan qanunvericiliyinə əsasən, bu kimi şüarları səsləndirilənlər məsuliyyətə cəlb edilə bilər. Lakin Ermənistan bu fikirlərə "söz azadlığı" donu geyindirib",- deyə E.Məmmədov bildirib.

Qeyd edək ki, bu gün Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi hesabatının təqdimatı keçirilir.