Qarabağda millətçi "Daşnaksütyun" partiyasının lideri, separatçıların keçmiş qondarma "parlament sədri" David İşxanyan saxlanılıb.
TurkicWorld xəbər verir ki, David İşxanyan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.
David İşxanyanın dosyesi:
1968-ci il dekabrın 28-də Martuni (Xocavənd) rayonunun Heşan kəndində doğulan David İşxanyan 1992-ci ildə Stepanakert (Xankəndi) Pedaqoji İnstitutunun tarix-hüquq fakültəsini bitirib.
Azərbaycan torpaqlarının işğalının fəal iştirakçısıdır, 1992-1995-ci illərdə Martuni batalyonlarının birinə komandirlik eləyib.
Heşan kənd məktəbinin direktoru, kənd icmasının başçısı olub.
1989-cu ildən Daşnaksütun Partiyasının üzvüdür. 2007-2021-ci illərdə qurumun Mərkəzi Komitəsinin Yuxarı Qarabağda təmsilçisi postunu tutub. 2022-ci ildən Büro üzvüdür.
1991, 2015 və 2020-ci illərdə “parlamentin üzvü” seçilib.
2023-cü il avqustun 7-də “sədr” vəzifəsinə mandat alıb.
1988-ci ildə Yuxarı Qarabağ erməniləri bölgənin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkata başlayıb. 1991-ci ildə bölgə “müstəqil dövlət” elan edilib, bunun ardınca müharibə alovlanıb. 1994-ci ildə elan olunan atəşkəsə qədər Ermənistan Azərbaycan ərazilərinin altıda birini işğal edib.
Xəbər yenilənəcək