Bakı. TurkicWorld:
Rəsmi Bakının Avropa İttifaqının tərəfdaşı olaraq qalır.
TurkicWorld xəbər verir ki, bu barədə Aİ Şurasının Prezidenti Şarl Mişel "Euronews"a müsahibəsində bildirib.
"Azərbaycan bu gün tərəfdaşdırmı? Bəli, tərəfdaşdır. Bu, o demək deyil ki, münasibətlərimiz sadədir. Xeyr, sadə deyil. Çətinliklər varmı? Bəli, bu çətinliklər realdır və bunu başa düşmək lazımdır", - o deyib.
Aİ Şurasının Prezidenti 2020-ci ildə Moskvanın vasitəçiliyi ilə atəşkəs bəyanatı imzalandıqdan sonra Qarabağda olan Rusiyanın sülhməramlı qüvvələrinin lokal antiterror tədbirləri zamanı kənarda dayanmasını pisləyib.
"Rusiyanın erməni xalqına xəyanət etdiyi aydındır. Rusiya bu sülh və təhlükəsizlik müqaviləsinə zəmanət vermək üçün yerdə əsgərlərinin olmasını istəyirdi. Amma biz görürük ki, hərbi əməliyyatlar ərazidəki Rusiya sülhməramlı qüvvələrinin zərrə qədər reaksiyası olmadan başlanıb. Digər tərəfdən, Avropa İttifaqının yerdə qüvvə və ya hərbi mövcudluğu yoxdur", - Aİ lideri vurğulayıb.