Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana gələcək

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana gələcək

Bakı. TurkicWorld:

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar Azərbaycana səfər edəcək.

Bu barədə TurkicWorld-in sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Avropa İttifaqından isə TurkicWorldd-ə bildirilib ki, Toivo Klaarın Azərbaycana səfəri yaxın günlərdə baş tutacaq.

Qeyd edək ki, T. Klaar hazırda Ermənistanda səfərdədir.

Xatırladaq ki, 16 avqust 2023-cü il tarixində nazir Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.