Son dəqiqə

Azərbaycan Bolqarıstan Sahibə Qafarova Rumen Radev

Azərbaycanla Bolqarıstan arasında yaşıl enerji sahəsində əməkdaşlıq üçün yaxşı imkanlar var - Rumen Radev

Bakı. TurkicWorld:

Azərbaycanla Bolqarıstan arasında enerji sahəsində uğurlu nəticələr müşahidə edilir, Azərbaycan qazı artıq Bolqarıstana gəlib çatıb.

TurkicWorld-in məlumatına görə, bunu Bolqarıstan Respublikasının prezidenti Rumen Radev Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə deyib.

O qeyd edib ki, strateji tərəfdaşlıq münasibətlərimiz yalnız enerji sahəsini əhatə etmir.

"Ölkələrimiz arasında digər sahələrdə də uğurlu əlaqələr mövcuddur. Azərbaycan və Bolqarıstan Avropa İttifaqının enerji təhlükəsizliyi ilə bağlı strateji baxışını icra etdi", - deyə Prezident bildirib.

"Həmrəylik Halqası - STRİNG layihəsinin ölkələrimizin birgə təşəbbüsü olduğunu deyən Rumen Radev qeyd edib ki, SOCAR-ın Bolqarıstanda ofisinin açılması da bu sahədə uğurlu əməkdaşlığı göstərir.

O, ölkələrimiz arasında yaşıl enerji sahəsində də əməkdaşlıq üçün yaxşı imkanların olduğunu qeyd edib.

Mövzuya görə xəbərlər