Azərbaycan səfiri erməni diplomatın təxribat xarakterli paylaşımına cavab verib

Azərbaycan səfiri erməni diplomatın təxribat xarakterli paylaşımına cavab verib

Bakı. TurkicWorld:

"Ermənistan hökuməti" adlanan irqçi fırıldaqçılar və faşist cinayətkarlar dəstəsi 1987-2000-ci illərdə Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərə görə məsuliyyətə cəlb olunacaqlar.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri Vaqif Sadıqov Ermənistanın Belçika və Lüksemburqdakı səfiri Tiqran Balayanın Azərbaycana qarşı təxribat xarakterli paylaşımına cavabında qeyd edilib.

O qeyd edib ki, 2020-ci ilin sentyabrında Azərbaycana qarşı başlatdığı 44 günlük müharibədə hərbi məğlubiyyəti və 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalaması Ermənistanın 30 ildir davam edən Azərbaycan torpaqlarının işğalına faktiki son qoydu.

Səfir həmçinin Ermənistanın cinayətkar əməllərinin bəzilərini vurğulayıb.

"- O vaxt əhalinin 10 faizini təşkil edən Qərbi Azərbaycanda (indiki Ermənistan) 300 000-dən çox azərbaycanlının öz tarixi torpaqlarından qovularaq insan hüquqlarının kütləvi şəkildə pozulması və etnik təmizləməyə məruz qalması, deportasiya zamanı yüzlərlə insanın qətlə yetirilməsi;

- 1990-1992-ci illərdə 50 min azərbaycanlıya qarşı etnik təmizləmə aparılıb, onlardan yüzlərləsi erməni silahlıları tərəfindən öldürülüb.

- 1992-1994-cü illərdə Azərbaycanın ərazi bütövlüyünün pozulması və onun beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20%-nin (16 000+ kv. km) Ermənistan tərəfindən işğalı (bax: BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli müvafiq qətnamələri);

- Azərbaycanın işğal olunmuş 7 rayonundan 700 000-dən çox azərbaycanlının etnik təmizləməsi, 9 şəhər və yüzlərlə kəndin dağıdılması və yer üzündən silinməsi;

- 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərində qocalar, qadınlar, uşaqlar da daxil olmaqla 600-dən çox mülki şəxsin qətlə yetirilməsi", - deyə bildirilib.