Bakı. TurkicWorld:
ADA Universiteti ilə Xorvatiya Respublikasının Xarici və Avropa İşləri Nazirliyinin Diplomatik Akademiyası arasında anlaşma memorandumu imzalanıb.
TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabında bildirilib.
Qeyd edilib ki, anlaşma memorandumu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Xorvatiyaya rəsmi səfəri çərçivəsində imzalanıb.
Xatırladaq ki, ötən gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Xorvatiya Respublikasına rəsmi səfərə gedib.