İƏT MDİHK nümayəndə heyətinin işğaldan azad edilmiş Füzuli rayonunda yeni inşa edilmiş Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanına baş çəkiblər

İƏT MDİHK nümayəndə heyətinin işğaldan azad edilmiş Füzuli rayonunda yeni inşa edilmiş Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanına baş çəkiblər

Bakı. TurkicWorld:

Ombudsman aparatın əməkdaşları və İƏT MDİHK nümayəndə heyəti Füzuli rayonuda yeni inşa edilən beynəlxalq hava limanında olublar.

TurkicWorld-un Qarabağ bürosu xəbər verir ki, qonaqlara hava limanı və onun texniki xüsusiyyətləri haqqında ətraflı məlumat verilib.

Bildirilib ki, burada görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib. Hava limanı xarici ölkələrdən təyyarələr qəbul edir.

Füzuli işğaldan azad edildikdən sonra, Füzuli Beynəlxalq Hava Limanı mina təmizləmə işləri də daxil olmaqla 8 ay ərzində, müasir tələblərə cavab verən səviyyədə inşa edilib. Əlavə olaraq qonaqlara bildirilib ki, işğaldan azad olunmuş ərazilərdə 3 beynalxaq hava limanı inşa edilib. Bunlardan 2-si Füzuli və Zəngilan beynəlxalq hava limanlari istifadəyə verilib. Laçın beynəlxalq hava limanında isə son tamamlama işləri aparılır. Laçın hava limanında işlərin ləngiməsinə səbəb isə hava şəraitinin olması bildirilib.