Füzulidə SOCAR-ın yeni yanacaqdoldurma stansiyası istifadəyə verilib

Füzulidə SOCAR-ın yeni yanacaqdoldurma stansiyası istifadəyə verilib

Bakı. TurkicWorld:

Füzulidə SOCAR brendli növbəti modul tipli yanacaqdoldurma stansiyası (YDS) istifadəyə verilib.

TurkicWorld bu barədə "SOCAR PETROLEUM" QSC-nin mətbuat xidmətinə istinadən xəbər verir.

Yanacaqdoldurma stansiyası Hacıqabul-Bəhramtəpə-Mincivan avtomobil yolundan istifadə edən nəqliyyat vasitələrinin sürücüləri üçün nəzərdə tutulub.

Aİ-92, Aİ-95 Premium markalı benzin və dizel yanacaq məhsullarının satılacağı YDS-də 2 ədəd yanacaq paylayıcı quraşdırılıb. Eyni zamanda, iki yüngül və ağırtonnajlı avtomobillərin yanacaqla təmin olunması üçün müvafiq şərait yaradılıb.

Hazırda SOCAR brendli YDS-lər Qarabağ və Şərqi Zəngəzurda, xüsusən Şuşa və Laçın şəhərlərində, Füzuli, Ağdam, Qubadlı (Eyvazlı kəndi), Xocavənd (Hadrut qəsəbəsi) və Cəbraylı (Şükürbəyli kəndi) rayonlarında fəaliyyət göstərir. Eyni zamanda, SOCAR brendli YDS-lərin sayı Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 9-a, bütün ölkədə isə 59-a çatıb.