Ceyhun Bayramov ABŞ-a yola düşüb

Ceyhun Bayramov ABŞ-a yola düşüb

Xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün ABŞ-ın Nyu York şəhərinə yola düşüb.

Xarici İşlər Nazirliyindən TurkicWorld-a verilən məlumata görə, səfər zamanı sessiya çərçivəsində keçiriləcək tədbirlərdə iştirak, habelə xarici dövlətlərin rəsmiləri ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.