Albaniya Prezidenti Bayram Beqay Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Albaniya Prezidenti Bayram Beqay Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Bakı. TurkicWorld:

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Albaniya Respublikasının Prezidenti Bayram Beqay iyulun 7-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklil qoyub.

TurkicWorld xəbər verir ki, Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.