Son dəqiqə

Prezident İlham Əliyev Bayram Beqay

Bayram Beqay Prezident İlham Əliyevə təşəkkür etdi

Bakı. TurkicWorld:

Albaniya Prezidenti Bayram Beqay Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür etdi.

TurkicWorld-in məlumatına görə, bu barədə Albaniya dövlət başçısı tvitter hesabında bildirib.

"Hörmətli dostum, Prezident İlham Əliyev, səmimi qəbula görə təşəkkür edirəm!

Albaniya və Azərbaycan diplomatik əlaqələrinin 30 illiyini qeyd edərkən, ölkələrimiz arasında əlaqələr həmişəkindən daha möhkəmdir!",- deyə qeyd edilib.

Mövzuya görə xəbərlər