Cahit Bağçı Şuşaya gedib

Cahit Bağçı  Şuşaya gedib

Bakı. TurkicWorld:

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Şuşaya gedib.

TurkicWorld-in məlumatına görə, diplomat bu barədə tvitter hesabında qeyd edib.

"Münasibətlərimizi müttəfiqlik səviyyəsinə çatdıran tarixi Şuşa Bəyannaməsinin ikinci ildönümündə Şuşanın tarixi meydanındayıq. Yaşasın Türkiyə Azərbaycan Qardaşlığı",- deyə o əlavə edib.

Qeyd edək ki, Şuşa Bəyənnaməsi 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında imzalanıb.