TDT Rəqabət Şurasının növbəti iclasının Şuşada keçirilməsi planlaşdırılır

TDT Rəqabət Şurasının növbəti iclasının Şuşada keçirilməsi planlaşdırılır

Bakı. TurkicWorld:

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin rəqabət qurumlarının təşəbbüsü ilə Türk Dövlətləri Rəqabət Şurası yaradılıb.

TurkicWorld xəbər verir ki, TDT baş katibinin müavini Merey Mukajan, Türkiyə Rəqabət Qurumunun sədri Birol Küle, Xarici Əlaqələr və Rəqabət Təbliğatı şöbəsinin müdiri Zeynep Madan və Qazaxıstan, Qırğızıstan, Azərbaycan, Özbəkistan, Şimali Kipr Türk Respublikası və Macarıstandan olan nümayəndə heyətlərinin iştirakı ilə İstanbulda ilk iclas keçirilib.

Türkiyə Rəqabət Qurumu ilk üç il ərzində Şuraya sədrlik edəcək.

Məlumata əsasən, TDT Rəqabət Şurasının növbəti iclasının Şuşada keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Türk Dövlətləri Rəqabət Şurası ilə bir tərəfdən üzv ölkələr arasında ortaq tarixi, dil və mədəni irsə bağlı əlaqələrin gücləndirilməsi, digər tərəfdən rəqabət hüququnun anlaşılması və həlli üçün ortaq araşdırmalar, səfərlər və təlim fəaliyyətlərinin həyata keçirilməsi nəzərdə tutulur.

X: Lamanasadli01