Erməni sakinlər Laçın keçid məntəqəsindən maneəsiz hərəkət edirlər

Erməni sakinlər Laçın keçid məntəqəsindən maneəsiz hərəkət edirlər

Bakı. TurkicWorld:

Azərbaycanın Qarabağ iqtisadi rayonunun erməni sakinləri dövlətlərarası sərhəddə yerləşən Laçın buraxılış məntəqəsini sərbəst şəkildə keçməkdə davam edirlər.

TurkicWorld-un məlumatına görə, yeni yayılan kadrlarda onların keçidi prosedurunun Xankəndi-Gorus istiqamətində həyata keçirildiyi aydın görünür.

Qeyd edək ki, "Laçın" sərhəd-buraxılış məntəqəsindən erməni əsilli şəxslər heç bir maneə ilə üzləşmədən günün istənilən saatında istifadə edə bilirlər. Onların nəzarət-buraxılış məntəqəsindən rahat keçidi üçün hər bir şərait yaradılıb.

Həmin videonu təqdim edirik: