Prezident İlham Əliyev Nigeriya Prezidentini təbrik edib

Prezident İlham Əliyev Nigeriya Prezidentini təbrik edib

Bakı. TurkicWorld:

Prezident İlham Əliyev Nigeriya Federativ Respublikasının Prezidenti Zati-aliləri Asivaju Bola Ahmed Tinubuya məktub göndərib.

TurkicWorld xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Nigeriya Federativ Respublikasının Prezidenti kimi fəaliyyətə başlamağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Nigeriya münasibətlərinin xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq məcrasında inkişafı, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı da daxil olmaqla çoxtərəfli təsisatlarda səmərəli əməkdaşlığımızın bundan sonra da davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Nigeriya xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm".