Ceyhun Bayramov ATƏT ölkələrinin dəyirmi masasında iştirak edib

Ceyhun Bayramov ATƏT ölkələrinin dəyirmi masasında iştirak edib

Bakı. TurkicWorld:

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT ölkələrinin daimi nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masada iştirak edib.

TurkicWorld xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin rəsmi "Twitter" səhifəsində məlumat paylaşılıb.

"Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyanın sədrliyi ilə, ATƏT-ə üzv dövlətlərin daimi nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masada iştirak edib. ATƏT-in əməkdaşlıq gündəliyi və Azərbaycanla Ermənistan arasında postmünaqişə dövrünə aid məsələlərlə bağlı səmərəli müzakirələr aparılıb", - deyə qeyd olunub.