Son dəqiqə

İran Ceyhun Bayramov

Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı cinayət işi davam edir - Ceyhun Bayramov

Bakı. TurkicWorld:

Azərbaycanın İrandakı diplomatik missiyamızın bərpa olunması istiqamətində İran tərəfindən müraciət daxil olub.

TurkicWorld-un məlumatına görə, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.

"Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı cinayət işi davam edir. ",- deyə nazir əlavə edib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hadisədən sonra Azərbaycanın İrandakı səfirliyi diplomatik fəaliyyətini tamamilə dayandırıb.

Mövzuya görə xəbərlər