Ceyhun Bayramov Hakan Fidanı təbrik edib

Ceyhun Bayramov Hakan Fidanı təbrik edib

Bakı. TurkicWorld:

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyənin yeni təyin olunan Xarici İşlər naziri Hakan Fidanı təbrik edib.

TurkicWorld-un məlumatına görə, Ceyhun Bayramov bu haqda öz Twitter hesabında paylaşım edib.

"Azərbaycan - Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin daha da möhkəmlənəcəyinə əminəm." - deyə paylaşımda qeyd olunub.

Məlumat üçün qeyd edək ki, bundan öncə Türkiyə Xarici İşlər naziri vəzifəsini Mövlud Çavuşoğlu icra edib.