Son dəqiqə

Azərbaycan Ermənistan Zaur Məmmədov

Kişinyovda keçiriləcək görüş əhəmiyyətli və vacib bir görüş olacaq - Zaur Məmmədov (ÖZƏL)

Bakı, TurkicWorld

Kişinyovda keçiriləcək görüş əhəmiyyətli və vacib bir görüş olacaq, Bu sözləri TurkicWorld-a açıqlamasında politoloq Zaur Məmmədov deyib.

Politoloq bildirib ki, görüş baş tutarsa, çox böyük əhəmiyyət kəsb edəcək.

“Çünki uzun müddət olar ki, Rusiya prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistanla birbaşa görüşlər keçirilməmişdi. İki ölkə liderləri arasında görüşün əhəmiyyəti ondan ibarətdir ki, həm Azərbaycan, həm Ermənistan öz pozisiyasını, fikrini bir daha dəqiqləşdirəcək. Bundan öncə Brüssel görüşündə Ermənistan - Azərbaycan ərazi bütövlüyünü rəqəmlərlə tanımışdı və ötən gün Paşinyanın çıxışı zamanı Qarabağı və anklavları Azərbaycam ərazisi kimi tanıdığını bəyan etmişdi.

O, bu çıxışın olduqca önəmli və vacib olduğunu deyib.

“Çünki biz bəzən görürük ki, Ermənistan rəhbərliyi və Rusiya fərqli fikirlər söyləyir və heç biri bir-biri ilə uzlaşmır. Ona görə də, bu fonda Ermənistanın bunu təsdiqləməsi mühüm əhəmiyyət daşıyır. Ermənistan üzərinə götürdüyü öhdəlikləri tez bir zamanda yerinə yetirilməlidir”.

Onun sözlərinə görə, Moskvada keçirilən görüşdə Azərbaycan və Ermənistan arasında dəmir yolu xətti ilə bağlı mühüm müzakirələr aparılacaq.

“Bu məsələ daha da möhkəmlənərək öz həll yolunu tapacaq. Artıq real olaraq xəttin açılması üzrə addımlar atılmalıdır. Bu məsələdə əvvəldən Azərbaycan tərəfində heç bir problem yox idi. Əsas problem Rusiya və Ermənistan Qərb arasında idi. Çünki Qərblə Rusiyanın mövqeyi bir-biri ilə uzlaşmır uzlaşmır və bu da Ermənistana qərar verməkdə bir sıra çətinliklər yaradırdı. Hər halda bu görüşdə tərəflər öz baxış bucaqlarını tam şəkildə sərgiləyəcəklər. Ümumilikdə isə mayın 25 də Kişinyovda keçiriləcək görüş əhəmiyyətli və vacib bir görüş olacaq”,- deyə politoloq vurğulayıb.

Mehriban Xəlilli

@MXalilbekova

Mövzuya görə xəbərlər