Son dəqiqə

Qəzza zolağı Qəzza Qəzza ilə əlaqəli paylaşımlar Qəzzada aclıq və resurs çatışmazlığı Qəzza münaqişəsi 2025 Qəzzadakı humanitar vəziyyətə diqqət Qəzza atəşkəsi çağırışı Qəzza müharibəsi reaksiya Qəzza müharibəsi 2025 Qəzza məsələsi

Qəzzanı tərk edənlərin sayı açıqlandı

BAKI, TurkicWorld

İsrail Müdafiə ordusu Qəzza sakinlərini yenidən şəhəri tərk etməyə çağırıb.

TurkicWorld xəbər verir ki, bu barədə məlumatı “Ynet” portalı yayıb.

Bildirilib ki, hərbçilərin hesablamalarına görə, son günlər ərzində şəhəri artıq 250 min nəfər tərk edib.

Bundan əvvəl isə, Qəzzanı təqribən 150 min sakinin tərk etdiyi qeyd olunmuşdu.

Xatırladaq ki, İsrail ordusu Qəzza şəhəri üzərində tam nəzarətin əldə olunması ilə bağlı əməliyyat keçirilməsinə hazırlaşır. Bununla əlaqədar olaraq, İsrail ordusu Qəzza zolağının sakinlərini şəhəri tərk etməyə çağırıb.

Mövzuya görə xəbərlər