Son dəqiqə

ABŞ Livan Pentaqon Livan-İsrail münasibətləri ABŞ Pentaqonunda məlumat sızması Pentaqon və kibertəhlükəsizlik Hizbullahın Livandakı rolu Hizbullah Livan hökuməti qarşıdurması

ABŞ, Livan Ordusuna Hizbullahı silahsızlaşdırmaq üçün 14,2 milyon dollarlıq yardım ayırdı

Bakı, TurkicWorld, Nailə Babazadə

ABŞ Müdafiə Nazirliyi, Livan Ordusunun Hizbullahı silahsızlaşdırma səylərini dəstəkləmək məqsədilə 14,2 milyon dollarlıq təhlükəsizlik yardım paketini təsdiqlədiyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, Pentaqonun bəyanatında bildirilib ki, yardım paketi Livan Ordusunun imkanlarını artırmağı, həmçinin Hizbullahın silah anbarları və paylama şəbəkələrinə nəzarəti gücləndirməyi hədəfləyir. Bundan başqa, bu dəstəyin Livanın suverenliyini möhkəmləndirməyə və bölgədə sabitliyin təmin edilməsinə töhfə verəcəyi vurğulanıb.

Vaşinqton administrasiyası bəyan edib ki, bu yardım yalnız Livanın daxili təhlükəsizliyini deyil, eyni zamanda regional sabitliyi gücləndirməyi nəzərdə tutur. Rəsmi şəxslər bu addımın, Livanın Hizbullahın silahsızlaşdırılması istiqamətində atdığı addımları dəstəkləmək baxımından kritik əhəmiyyət daşıdığını bildiriblər.

Mövzuya görə xəbərlər