BAKI, TurkicWorld
Ermənistanın baş naziri Nikol Paşinyan Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçən zirvə toplantısı çərçivəsində Tiencin şəhərində Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşüb.
TurkicWorld bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Paşinyan öz rəsmi "Telegram" kanalında görüşdən videogörüntünü bölüşüb.
Məlumata əsasən, görüşdə liderlər ölkələr arasında qarşılıqlı etibar atmosferinin yaradılması məqsədilə konstruktiv dialoqu davam etdirməyə razılaşıblar.







