Finlandiya Rusiya Vladimir Putin Moskva Helsinki Aleksandr Stubb

Rusiya və Finlandiya arasında münasibətlər bərpa oluna bilər

BAKI,TurkicWorld

Rusiya və Finlandiya əvvəlki münasibətlərini bərpa edə bilər.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu fikri Rusiya Beynəlxalq İşlər Şurasının (RBİŞ) üzvü Konstantin Xudoley səsləndirib.

Onun sözlərinə görə, hazırda Rusiya-Finlandiya münasibətlərində gərginlik hökm sürsə də, Ukrayna münaqişəsinin başa çatması Moskva və Helsinki arasında əlaqələrin müəyyən qədər yumşalmasına gətirib çıxara bilər.

"Bununla belə, düşünürəm ki, Finlandiya olduqca ehtiyatlı mövqe tutacaq", – deyə Xudoley qeyd edib.

Bundan əvvəl Finlandiya Prezidenti Aleksandr Stubb finləri Rusiya ilə münasibətlərin bərpasına mənəvi baxımdan hazırlaşmağa çağırmışdı.

O vurğulamışdı ki, hazırda dəqiq tarix demək mümkün olmasa da, Rusiya hər zaman Finlandiyanın qonşusu olaraq qalacaq.

Mövzuya görə xəbərlər