Bakı, TurkicWorld
Suriya müharibədən tükənib və qonşuları və ya Qərb üçün təhlükə deyil.
TurkicWorld xəbər verir ki, bu barədə Suriyanın faktiki lideri Əhməd əl-Şaraa BBC-yə müsahibəsində bildirib.
O Suriyaya qarşı sanksiyaların ləğv edilməsi barədə, "İndi bütün baş verənlərdən sonra sanksiyalar aradan qaldırılmalıdır, çünki onlar köhnə rejimə qarşı yönəlmişdilər. Qurbanla zalımla eyni rəftar edilməməlidir" - deyə bildirib.
Şəraa bildirib ki, HTŞ terror qruplaşması deyil, onlar mülki şəxsləri və ya mülki əraziləri hədəf almayıblar. Əslində onlar özlərini Əsəd rejiminin cinayətlərinin qurbanı hesab edirdilər.
O, Suriyanı Əfqanıstanın bir versiyasına çevirmək istədiyini təkzib edərək, bildirib ki, ölkələr çox fərqli ənənələrə malikdir. Əfqanıstan qəbilə cəmiyyəti idi, Suriyada isə fərqli düşüncə tərzi var.
O, qadınların təhsil almasına inandığını bildirərək, Suriyanın 2011-ci ildən bəri üsyançıların nəzarətində olan şimal-qərb əyalətinə istinad edərək, "İdlibdə səkkiz ildən artıqdır ki, universitetlərimiz var. Düşünürəm ki, universitetlərdə qadınların faizi 60%-dən çoxdur"-deyə bildirib.
Alkoqol istehlakına icazə verilib-verilməyəcəyini soruşduqda, Şaraa "Bir çox şeylər var ki, onlar hüquqi məsələlərdir, çünki onlar haqqında danışmaq hüququm yoxdur. Konstitusiya yazmaq üçün Suriya hüquq ekspertlərindən ibarət komitə yaradılacaq. Onlar qərar verəcəklər. İstənilən hökmdar və ya prezident qanunlara əməl etməli olacaq". " - deyə o vurğulayıb.
Sonda isə Şaraa bildirib ki, yaxın bir neçə ayda Suriyanın yeni hökmdarlarının hərəkətləri onların Suriyanın necə bir ölkə olmasını və onu idarə etmək istədiklərini göstərəcək.
Qeyd edək ki, Şaraa iki həftədən az müddətdə Bəşar Əssəd rejimini devirən ildırım hücumuna rəhbərlik edib. O, üsyançı alyansda dominant qrup olan Heyət Təhrir əl-Şamın (HTS) lideridir və əvvəllər Əbu Məhəmməd əl-Colani adı ilə də tanınırdı.