Son dəqiqə

Qəzza

İsrail Qəzzada uzunmüddətli hərbi hakimiyyətlə hədələyir

Bakı, TurkicWorld

İsrail ordusu Qəzzanın şimalında geniş hərbi əməliyyatını davam etdirərkən, Benyamin Netanyahu hökumətində zolaqda uzunmüddətli hərbi hakimiyyət qurmaq planlarının olduğuna dair yeni əlamətlər ortaya çıxıb.

TurkicWorld ArabAZ-a istinadən xəbər verir ki, dünən verdiyi açıqlamalarda İsrailin maliyyə naziri Bezalel Smotriç Qəzzanı hərbi yolla idarə etmək planlarına işarə edib.

“Əgər təhlükəsizliyi təmin etmək üçün bu tələb olunursa, o zaman HƏMASI aradan qaldırmaq üçün müəyyən müddət ərzində Qəzza zolağında avtoritar alternativ olacağımızdan narahat deyiləm”-deyə o bildirib.

Smotriçin açıqlamaları baş nazirin Qəzza zolağının işğalı və orada hərbi hakimiyyət qurmaq niyyətində olduğuna dair ehtimalları gücləndirir.

Mövzuya görə xəbərlər