Bakı, TurkicWorld
20 yaşdan aşağı insanların ən çox olduğu Afrika ölkəsi Burundidə meymun çiçəyi virusu aşkarlanıb.
TurkicWorld xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Uşaq Fondu (UNICEF) açıqlama verib.
BMT-nin baş katibinin sözçüsü Stefan Düjarrik gündəlik mətbuat konfransında meymun çiçəyi virusunun bütün dünyada yayılması ilə bağlı narahatlığını bölüşüb.
"Həssas icmalar Şərqi və Cənubi Afrikada genişlənən mpox epidemiyasının ən pis təsirləri ilə üzləşirlər. UNICEF bildirir ki, Burundi hazırda regionda 20 yaşdan kiçik uşaqlar və yeniyetmələr arasında ən çox mpox infeksiyası ilə bağlı məlumat verir" – deyə Düjarrik qeyd edib.
O, Burundidə uşaqlar arasında bu epidemiyanın sürətlə artmasının qızılca epidemiyası ilə eyni vaxtda ortaya çıxması ilə əlaqəli olduğunu söyləyib.
Meymun çiçəyi virusunun ən çox yayıldığı 5 ölkənin (Burundi, Ruanda, Uqanda, Keniya və Cənubi Afrika Respublikası) Afrikada olduğunu xatırladan Düjarrik, epidemiyanın yeni variantının Cənubi Afrika Respublikası istisna olmaqla, bütün ölkələrdə aşkar edildiyini qeyd edib.
Hafiz Rufizoğlu