Son dəqiqə

Ramzan Kadırov Çeçenistan

Çeçenistan hökuməti özəl mədrəsələri bağlamaq istəyir

Bakı, TurkicWorld

Çeçenistan lideri Ramazan Kadırova bağlı administrasiya bölgədəki özəl mədrəsələri bağlamağa cəhd edib.

TurkicWorld xəbər verir ki, Ramazan Kadırovun administrasiyası Çeçenistanda özəl mədrəsələri bağlamağa cəhd edib.

Rəhbərlik verilən reaksiyalardan sonra qərarından geri addım atıb.

Bu yaxınlarda açıqlanan qərarın səbəbi “özəl mədrəsələrin tələbələrdən pul alması” olub. Bununla belə, regional mənbələr qərarın arxasında duran əsl səbəbin Kadırov administrasiyasına bağlı rəsmi dövlət mədrəsələrinin açıq saxlanılması və özəl olan digər mədrəsələrin isə bağlanması istəyi olduğunu vurğulayırlar.

Kadırov administrasiyasına bağlı mədrəsələr rəhbərlik tərəfindən dəstəkləndiyi üçün pulsuz fəaliyyət göstərir. Özəl mədrəsələr isə fəaliyyətlərini davam etdiriə bilmək üçün tələbələrindən aldıqları müəyyən pulla ayaq üstə qala bilirlər.

Rəsmi məlumatlara görə, Çeçenistanda 413 mədrəsə var, onlardan 131-i özəl və pullu, 282-si isə rəsmi və pulsuzdur.

Qərarın açıqlanmasından sonra bir çox çeçen sosial şəbəkə istifadəçiləri mədrəsələrin ödəniş etmədikləri təqdirdə gəlir mənbəyindən məhrum ediləcəyinə etiraz ediblər. İstifadəçilər tələbələrin könüllü olaraq ödəniş etdiklərini və bunun mədrəsələrin bağlanmasına bir səbəb ola bilməyəcəyini vurğulayıblar.

Etirazların güclənməsindən sonra Kadırov administrasiyası qərardan geri addım atıb.

Bununla belə, fəaliyyətini davam etdirən özəl mədrəsələrə təzyiqlərin davam edəcəyi ilə bağlı narahatlıqlar var. Məlumdur ki, Kadırov administrasiyası Çeçenistanda islam təhsilinə nəzarət etmək istəyir və regionda rusiyayönlü ideologiyanı yayır.

Mövzuya görə xəbərlər