Son dəqiqə

ABŞ Macarıstan Donald Tramp Viktor Orban

Orban Trampın qalib gəlməsini istəyir

Bakı,TurkicWorld

Macarıstanın Baş naziri Viktor Orban ABŞ-ın keçmiş prezidenti Donald Trampı xalqın adamı kimi xarakterizə edib və noyabrda keçiriləcək seçkilərdə qalib gəlməsini istədiyini bildirib.

TurkicWorld xəbər verir ki, bu barədə Orban cümə axşamı keçirilən Avropa Siyasi Birliyinin (EPC) 4-cü Zirvə toplantısında çıxışı zamanı danışıb.

Orban, Ukraynadakı müharibənin həlli ilə bağlı sülh missiyası danışıqları çərçivəsində sonuncu dəfə Trampla görüşüb.

“Onlar rusları hərbi yolla məhv edə biləcəklərinə inanırlar, mən bunu düşünmürəm. Çünki inanıram ki, bu münaqişənin döyüş meydanında həlli yoxdur”- deyə Orban bildirib.

O, X sosial media hesabındakı yazısında əsas məqsədinin “Avropa liderlərini sülh tərəfdarı siyasətə inandırmaq” olduğunu bildirib.

Mövzuya görə xəbərlər