Son dəqiqə

NATO Çin Yens Stoltenberq

Pekin Qərblə yaxşı münasibətlər saxlamağa çalışır - Stoltenberq

Bakı. TurkicWorld:

Pekin Qərblə yaxşı münasibətlər saxlamağa çalışır.

TurkicWorld xəbər verir ki, bu barədə NATO baş katibi Yens Stoltenberq deyib.

“Çin İkinci Dünya Müharibəsindən sonra Avropada ən böyük münaqişəni qızışdırır.” – deyə baş katib deyib.

Stoltenberq Ukraynadakı müharibənin təhlükəsizliyin regional deyil, qlobal məsələ olduğunu göstərdiyini vurğulayaraq, Çinin Rusiyanı dəstəklədiyini qeyd edib.

NATO-nun baş katibi bəyan edib ki, Çin “kursunu dəyişməzsə” müttəfiqlər Pekinin fəaliyyətini baha başa salmağa hazır olmalıdırlar.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər