Bakı,TurkicWorld:
Bu gün Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
TurkicWorld xəbər verir ki, telefon danışığı zamanı Qırğızıstan-Rusiya münasibətlərinin və beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyətin gələcək inkişafının bir sıra aktual məsələləri müzakirə edilib.
Söhbətin sonunda tərəflər iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da mütərəqqi inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər.