Bakı, TurkicWorld:
Əlcəzair Qəzza zolağında aşkar edilmiş kütləvi məzarlıqlar mövzusunda BMT Təhlükəsizlik Şurasının mayın 7-də qapalı iclasının keçirilməsini tələb edib.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, BMT-nin baş katibi Antonio Quterreş Qəzzada kütləvi məzarlıq yerlərinə müstəqil müstəntiqlərin dərhal buraxılmasının vacibliyini bildirib.
Qeyd edək ki, aprelin 21-də Qəzza zolağının Xan Yunis şəhərində xəstəxananın yaxınlığında iki kütləvi məzarlıqda 400-ə yaxın cəsəd aşkar edilib.