Aİ İsraillə əlaqələri dayandırmalıdır - BMT məruzəçisi

Aİ İsraillə əlaqələri dayandırmalıdır - BMT məruzəçisi

Bakı. TurkicWorld:

Avropa İttifaqı Qəzza zolağında soyqırım sayılan müharibə cinayətlərinin qarşısını almaq üçün İsraillə ticarət və institusional əlaqələrini dayandırmalıdır.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Fələstin üzrə xüsusi məruzəçisi Francesca Albanese bildirib.

"İsrailin hər zamanki kimi fəaliyyətini davam etdirmək üçün siyasi, maliyyə və iqtisadi imkanları var. Avropa isə İsrailin əsas ticarət tərəfdaşıdır və bu gücdən istifadə etməlidir", - deyə o vurğulayıb.

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 33 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.

İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Bu arada Qəzzada döyüşlər davam edir. İsrailin Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.

UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.

Qəzzanın səhiyyə orqanları UNRWA anbarının həyətinə endirilən zərbə nəticəsində ümumilikdə 5 nəfərin öldüyünü bildirib.

X: Lamanasadli01