Cənubi Koreya və Yaponiya Şimali Koreyanın ballistik raket atdığını açıqlayıb

Cənubi Koreya və Yaponiya Şimali Koreyanın ballistik raket atdığını açıqlayıb

Bakı, TurkicWorld:

Cənubi Koreya və Yaponiya Şimali Koreyanın Yapon dənizi istiqamətində ballistik raket atdığını bildirib.

TurkicWorld xəbər verir ki, bu barədə Cənubi Koreya Baş Qərargahı məlumat verib.

Məlumatda bildirilib ki, orta mənzilli olduğu güman edilən raket Yapon dənizinə düşüb.

Raketin düşdüyü ərazidə hərəkət edən dəniz və hava elementlərinə heç bir ziyan dəyməyib.