Qəzzada aclıq səbəbindən ölənlərin sayı 30-a yüksəlib

Qəzzada aclıq səbəbindən ölənlərin sayı 30-a yüksəlib

Bakı. TurkicWorld:

Qəzzada aclıq və dərman çatışmazlığı səbəbindən ölənlərin sayı 30-a yüksəlib.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, Qəzza zolağının şimalındakı Beyt Lahiyadakı Kamal Advan xəstəxanasında daha bir uşaq aclıq, susuzluq və dərman çatışmazlığı səbəbindən həyatını itirib.

Bununla da Qəzzada aclıqdan ölənlərin sayı 30-a yüksəlib.

Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 32 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.

İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Bu arada Qəzzada döyüşlər davam edir. İsrailin Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.

UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.

Qəzzanın səhiyyə orqanları UNRWA anbarının həyətinə endirilən zərbə nəticəsində ümumilikdə 5 nəfərin öldüyünü bildirib.

Hafiz Rufizoğlu