Son bir həftədə 40-a yaxın terrorçu zərərsizləşdirilib - Türkiyə MN

Son bir həftədə 40-a yaxın terrorçu zərərsizləşdirilib - Türkiyə MN

Bakı. TurkicWorld:

Türkiyə İraq və Suriyanın şimalında son bir həftədə 38 terrorçu zərərsizləşdirib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlayıb.

"Beləliklə, 2024-cü il yanvarın 1-dən zərərsizləşdirilən terrorçuların sayı 646-ya çatıb ki, onlardan 268-i İraq, 378-i isə Suriyanın şimalındadır. Bundan əlavə, Suriyada sabitliyin qorunması, suriyalıların təhlükəsiz mühitə qaytarılması və normallaşmanın təmin edilməsi üçün səylər davam edir", - deyə məlumatda qeyd edilib.

Məlumatda o da bildirilib ki, son bir həftədə Türkiyə sərhədini qanunsuz keçməyə cəhd edən 82 nəfər saxlanılıb.

"Saxlanılan şəxslərdən ikisi terror təşkilatının üzvüdür. Son bir həftədə 2 min 572 nəfərin sərhədi qanunsuz keçməsinin qarşısı alınıb. Beləliklə, 2024-cü il yanvarın 1-dən etibarən sərhədlərimizi qanunsuz keçməyə cəhd edənlərin sayı 2 min 3 nəfərə çatıb. 39 min 412 nəfərin sərhədi qanunsuz keçməsinin qarşısı alınıb", - deyə məlumatda bildirilib.

X: Lamanasadli01