BMT-nin hesabatı İsrailin soyqırım törətdiyinə dair sübutlar təqdim edir

BMT-nin hesabatı İsrailin soyqırım törətdiyinə dair sübutlar təqdim edir

Bakı, TurkicWorld:

Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstin üzrə xüsusi məruzəçisi Francesca Albanesenin İsrailin Qəzzaya hücumları ilə bağlı hesabatı İsrailin soyqırım törətdiyinə dair sübutlar təqdim edir.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Amnistiya Təşkilatı məlumat verib.

Məlumatda bildirilib ki,Albanesinin işğal altında olan Fələstin torpaqlarında insan haqlarının vəziyyəti ilə bağlı hesabatı müsbət qarşılanıb.

Bundan əlavə, İsrailin soyqırım törətdiyini göstərmək üçün ağlabatan əsasların olduğu qənaətinə gəlinib.

Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 32 minə yaxın fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.

İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Bu arada Qəzzada döyüşlər davam edir. İsrailin çərşənbə günü Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.

UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.

Qəzzanın səhiyyə orqanları UNRWA anbarının həyətinə endirilən zərbə nəticəsində ümumilikdə 5 nəfərin öldüyünü bildirib.