İsrail hərbi məqsədlərindən heç birinə nail ola bilməyib – İsmayıl Haniyə

İsrail hərbi məqsədlərindən heç birinə nail ola bilməyib – İsmayıl Haniyə

Bakı. TurkicWorld:

İsrail hərbi məqsədlərindən heç birinə nail ola bilməyib.

TurkicWorld AzerVoice-ə istinadənxəbər verir ki, bu barədə HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyə deyib.

İranın paytaxtı Tehranda səfərdə olan İsmayıl Haniyə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanla görüşüb.

Haniyə vurğulayıb ki, işğalçı qüvvələr öz dəstəklərini itirir və görülməmiş siyasi təcridlə üz-üzədirlər.

Məlumat üçün qeyd edək ki, görüş zamanı tərəflər arasında Qəzzada davam edən müharibə ətrafında müzakirələr edilib.

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasında keçirilən səsvermədə Ramazan ayında Qəzzada dərhal atəşkəs tələb edən, daimi və davamlı atəşkəsə çevriləcək qətnamə layihəsi qəbul edilib.

Müvəqqəti üzvlər Əlcəzair, Ekvador, Qayana, Yaponiya, Malta, Mozambik, Cənubi Koreya, Sierra Leone, Sloveniya və İsveçrənin hazırladığı qətnamə layihəsi 15 üzvdən ibarət BMT TŞ-də səsə qoyulub.

Qanun layihəsi 14 “hə” və 1 “bitərəf” səsi ilə qəbul edilib, ABŞ bitərəf qalıb.

Hafiz Rufizoğlu