İranda son 10 gündə yol qəzalarında 400-dən çox insan həyatını itirib

İranda son 10 gündə yol qəzalarında 400-dən çox insan həyatını itirib

Bakı. TurkicWorld:

İranda son 10 gündə yol qəzalarında 400-dən çox insan həyatını itirib.

TurkicWorld xəbər verir ki, bu barədə İran Polis İdarəsinin Yol İdarəsinin rəisi Timur Hüseyni açıqlama verib.

O qeyd edib ki, Novruz bayramı ilə əlaqədar şəhərlərarası yollarda hərəkətin artması ilə son 10 gündə yol qəzalarında 417 nəfər həyatını itirib.

"14-24 mart tarixləri arasında baş verən yol qəzalarında 417 nəfər həyatını itirib, 11 min 392 nəfər yaralanıb" – deyə Hüseyni bildirib.

Hafiz Rufizoğlu