İsrail Qəzza zolağına humanitar yardımın daxil olmasına məhdudiyyətlər qoyur

İsrail Qəzza zolağına humanitar yardımın daxil olmasına məhdudiyyətlər qoyur

Bakı. TurkicWorld:

İsrail Qəzza zolağına humanitar yardımın daxil olmasına məhdudiyyətlər qoyur.

TurkicWorld xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron deyib.

O, İsrail hökumətinin sözçüsü Eylon Levinin Qəzza zolağına tətbiq edilən məhdudiyyətlərlə bağlı açıqlamasını təkzib edib.

Kemeron qeyd edib ki, Levinin səsləndirdiyi fikirlər həqiqəti əks etdirmir.

“Böyük Britaniya tərəfindən maliyyələşdirilən bəzi yardımlar 3 həftədən az müddətə sərhəddə təsdiqlənmək üçün saxlanılıb. Əsas maneə faktorları İsrail hökumətinin özbaşına imtinaları, çoxsaylı yoxlamalar və uzun icazə prosedurlarıdır” – deyə nazir bildirib.

Hafiz Rufizoğlu