Rəfaha hücum edilməsinin böyük səhv olacağını İsrailə izah edəcəyik - Blinken

Rəfaha hücum edilməsinin böyük səhv olacağını İsrailə izah edəcəyik - Blinken

Bakı. TurkicWorld:

Rəfaha hücum edilməsinin böyük səhv olacağını İsrailə izah edəcəyik.

TurkicWorld AzerVoice- istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken deyib.

O, Misirin paytaxtı Qahirəyə səfəri çərçivəsində misirli həmkarı Samih Şükri ilə görüşüb.

Qəzzadakı hadisələrin müzakirə edildiyi iclasdan sonra təşkil edilən ortaq mətbuat konfransında Blinken Qəzzada atəşkəsə nail olmağın “çətin, lakin mümkün” olduğunu bildirib.

Blinken qeyd edib ki, İsrail hücuma keçərsə, Rəfahdakı mülki əhalinin gedəcək yeri yoxdur.

“Bizim qiymətləndirməmizə görə, İsrail-Fələstin münaqişəsinin sona çatması Fələstin dövlətinin yaradılmasını və İsrailin təhlükəsizliyinin təmin olunmasını ehtiva edir.” – deyə o bildirib.

Hafiz Rufizoğlu