Misir və ABŞ XİN rəhbərləri Qəzzada atəşkəs məsələsini müzakirə ediblər

Misir və ABŞ XİN rəhbərləri Qəzzada atəşkəs məsələsini müzakirə ediblər

Bakı, TurkicWorld:

Misirin xarici işlər naziri Samih Şükri və amerikalı həmkarı Antoni Blinken İsrailin hücum etdiyi Qəzza zolağında atəşkəsin mümkün qədər tez yaradılması barədə müzakirələr aparıblar.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, Qəzzada atəşkəs yaradılmalı və bu məqsədlə bütün səylər gücləndirilməlidir.

İsrailin Rəfah şəhərinə mümkün hücumu ilə bağlı iki nazir bunun dəhşətli humanitar nəticələrə səbəb olacağı barədə xəbərdarlıq edib.

Görüş zamanı qeyd olunub ki, Misir Fələstin xalqını öz ərazisindən çıxarmaq cəhdini tamamilə rədd edib.

Qeyd edək ki, Qəzzanın səhiyyə rəsmilərinə görə, İsrailin Qəzzanı işğal etməsi 31 mindən çox insanın ölümünə səbəb olub, anklavın çox hissəsini xarabalığa çevirib və Qəzzanın 2,3 milyon əhalisinin 80 faizini köçkün vəziyyətinə salıb.
Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 32 minə yaxın fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.
İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Bu arada Qəzzada döyüşlər davam edir. İsrailin çərşənbə günü Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.
UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.
Qəzzanın səhiyyə orqanları UNRWA anbarının həyətinə endirilən zərbə nəticəsində ümumilikdə 5 nəfərin öldüyünü bildirib.