İran Əmininin ölümü ilə yaranan etirazlarlarla bağlı hesabat yayıb

İran Əmininin ölümü ilə yaranan etirazlarlarla bağlı hesabat yayıb

Bakı,TurkicWorld

2022-ci ildə Məhsa Əminin ölümündən sonra İranı bürümüş etirazları araşdırmaq üçün prezident İbrahim Rəisinin yaratdığı faktaraşdırıcı komitə iğtişaşlarda onlarla təhlükəsizlik qüvvələrinin üzvü də daxil olmaqla 281 iranlının həlak olduğunu açıqlayıb.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, Hesabat ölkənin Novruz bayramını qeyd etməsindən üç gün əvvəl və etirazlar zamanı baş verən pozuntularla bağlı BMT-nin faktaraşdırıcı missiyasının hesabatının dərcindən on gün sonra hazırlanıb.

Hökumətin hesabatında deyilir ki, “sosial iğtişaşlar” istənilən cəmiyyətdə baş verə bilər.

“Etirazlar dinc məcrasından çıxarsa və nizama, sülhə və ictimai təhlükəsizliyə zidd olarsa, ölkələrin vəziyyəti cilovlamaq üçün tədbirlər görməsi normaldır”-deyə hesabatda bildirilir.

Dolayısıyla komitə etirazların idarə olunmasında təhlükəsizlik qüvvələrinin “məsuliyyətli” hərəkətlərini müdafiə edib.

Hesabatda deyilir: “İslam Respublikası sentyabrın 16-da gənc qadın Məhsa Əmininin ölümündən sonra yaranmış vəziyyətlə üzləşdi. Etiraz aksiyası əvvəlcə Tehrandakı Kəsrə xəstəxanası ətrafında başlayıb və günlər sonra paytaxtın digər bölgələrinə və ondan kənara yayılıb. Bəzi hadisələr etirazların dinc məcrasından çıxmasına səbəb olub”

Əmininin ölümü

Komitə 22 yaşlı Aminin həbsi və ölümü ilə bağlı məsələ qaldırıb. Onun polis bölməsinə aparıldıqdan 26 dəqiqə sonra huşunu itirdiyi bildirilib. O, hicab geyim qaydalarını pozduğuna görə saxlanılıb.
Təcili yardım briqadası hadisə yerinə gəlməmişdən 7 dəqiqə əvvəl stansiyada həkim briqadası tərəfindən ona tibbi yardım göstərilib. Daha sonra xəstəxanaya aparılıb və 62 saat sonra dünyasını dəyişib.
Komitə, Əmininin həbsdə olarkən aldığı xəsarətlərdən dünyasını dəyişdiyini təkzib edən rəsmi açıqlamaları bir daha təsdiq edib.

Hesabatda deyilir, : “İran toplumuna və mediaya lazımi vaxtda dəqiq məlumat verilsəydi, ictimaiyyət daha yaxşı məlumatlandırıla bilərdi və İrana düşmən olan medianın şayiələri və yalan xəbərlərinin qarşısını almaq olardı”.

Qeyd edək ki, Əmininin ailəsi rəsmi orqanların onun əvvəllər səhhətində problemlərin olması ilə bağlı iddialarını rədd edib.

Ölüm halları
Komitə bildirib ki, etirazlarda həlak olan 202 mülki vətəndaşdan 90-ı “terror” hücumlarında, hərbi və təhlükəsizlik bazalarına hücumlarda silahdan istifadə edib.
“Qurbanlardan 112-si “iğtişaşçılar tərəfindən öldürülən yoldan keçənlərdir. İğtişaşçılar və terrorçular tərəfindən törədilən genişmiqyaslı zorakılıq zamanı təhlükəsizlik qüvvələrinin 54 üzvü həlak olub.”-deyə hesabatda bildirilir.

Komitə israr edir ki, ölkənin cənub-qərbindəki İzeh şəhərində 7 nəfər terror aktı nəticəsində həlak olub, yaxınları isə onların təhlükəsizlik qüvvələri tərəfindən güllələndiyini bildirib.

Qeyd edək ki,İranın insan haqları təşkilatları etirazlar zamanı qurbanların faktiki sayının daha çox olduğunu bildirib.
Etibarlı mənbələr BMT ekspertlərinin məlumatına görə, təhlükəsizlik qüvvələri tərəfindən öldürülənlərin sayı 551 nəfər, o cümlədən ən azı 49 qadın və 68 uşaqdır.

Ölümlərin çoxu odlu silahdan olub
İran hakimiyyəti 9 nəfəri edam edib, onlarla insan etirazlarda iştirak etdiklərinə görə edam cəzasına məhkum edilib.
Komitə yaralıların sayını açıqlamayıb, buna səbəb olaraq, konkret rəqəmlərin olmadığı deyilir.Buna baxmayaraq komitənin hesabatında 5min 200 polis əməkdaşının və İnqilab Keşikçiləri Korpusunun və onun Bəsic qüvvələrinin 1540 üzvünün xəsarət aldığını bildirilib.
Hesabatda etirazlar zamanı 34 min adamın həbs edildiyi, lakin onların 90 faizinin sərbəst buraxıldığı bildirilir.

Etirazların səbəbi
Komitə iqtisadi sanksiyaların İrana təsiri ilə bağlı tədqiqatçıların fikirlərini və ekspert rəylərini nəzərə aldığını bildirib və belə nəticəyə gəlib ki, etirazlar zamanı baş verənlər “bəzi xarici dövlətlərin planı”dır.

“Etirazların təşkilində və qızışdırılmasında düşmən hökumətlər və xarici kəşfiyyatın rolu var. ABŞ, Almaniya, İngiltərə, Fransa, Kanada, İsrail və başqalarını iğtişaşlarda birbaşa rol oynayıb. Etirazlar zamanı iğtişaşlarda iştirakda günahlandırılan 9 qərbli həbs edilib. Xalq Mücahidləri Təşkilatının 50 və kürd-İran müxalifət partiyalarının 77 üzvü həbs edilib”-deyə hazırlanan hesabtda deyilir.

Martın 8-də BMT-nin faktaraşdırıcı missiyası müəyyən edib ki, İran Əmininin ölümündən sonra baş verən etirazları yatırmaq üçün “lazımsız və qeyri-mütənasib ölümcül gücdən istifadə edib”.

Missiya bildirib ki, İranın etirazlara cavabı “insanlığa qarşı cinayətlər, xüsusən də qətl, həbs, işgəncə, zorlama və cinsi zorakılığın digər formaları, təqiblər, zorla yoxa çıxma və digər qeyri-insani hərəkətlər”dir.