Oman körfəzində Rusiya, İran və Çin hərbi-dəniz təlimlərinin aktiv mərhələsi başlayıb

Oman körfəzində Rusiya, İran və Çin hərbi-dəniz təlimlərinin aktiv mərhələsi başlayıb

Bakı. TurkicWorld:

Oman körfəzində Rusiya, İran və Çin arasında "Dəniz təhlükəsizlik kəməri 2024" adlı hərbi-dəniz təlimlərinin aktiv mərhələsi başlayıb.

TurkicWorld xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Rusiyanın "Varyaq" Qvardiya raket kreyseri və "Marşal Şapoşnikov" freqatının ekipajları İran və Çinin hərbi-dəniz qüvvələrindən olan həmkarları ilə birgə taktiki manevrlər işləyib hazırlayıblar.

Qeyd edək ki, "Dəniz təhlükəsizlik kəməri 2024" adlı hərbi-dəniz təlimləri 2018-ci ildən etibarən 6-cı dəfədir keçirilir. Təlimlərdə daimi əsasda Rusiya, İran və Çinin hərbi-dəniz qüvvələri iştirak edir.

Builki təlimlərdə Azərbaycan, Qazaxıstan, Oman, Pakistan və Cənubi Afrika Respublikasının (CAR) silahlı qüvvələrinin iştirak edəcəyi qeyd olunub.

Təlimlərin keçirilməsində məqsəd regionda təhlükəsizliyin möhkəmləndirilməsi, beynəlxalq dəniz ticarətinin mühafizəsi, piratlıq və terrorizmlə mübarizə, dəniz əməliyyatlarının keçirilməsi sahəsində operativ və taktiki təcrübənin mübadiləsidir.