İsrailə silah satışını nəzərdən keçirməyə davam edəcəyik – Devid Kemeron

İsrailə silah satışını nəzərdən keçirməyə davam edəcəyik – Devid Kemeron

Bakı. TurkicWorld:

İsrailə silah satışını nəzərdən keçirməyə davam edəcəyik.

TurkicWorld xəbər verir ki, bu barədə Britaniyanın xarici işlər naziri Devid Kemeron deyib.

“Biz beynəlxalq hüquq normalarına uyğun olaraq silah ixracını mütəmadi olaraq nəzərdən keçirmişik və bundan sonar da edəcəyik. Son məlumatlara görə, İngiltərə 2022-ci ildə İsrailə 114 silah satışı lisenziyası verib. Yeni məlumatlar isə hələ açıqlanmayıb.” – deyə nazir qeyd edib.

Kemeron bildirib ki, məhbuslar azad edilməli və Fələstin rəhbərliyi altında hökumət qurulmalıdır.

“Bizə iki dövlətli həll yolu çərçivəsində Fələstin xalqı üçün yeni siyasi baxış lazımdır. Eyni zamanda 7 oktyabr hadisəsinə görə məsuliyyət daşıyanlar və HƏMAS liderləri Qəzzanı tərk etməli və oradakı infrastrukturu məhv edilməlidir.” – deyə Devid Kemeron qeyd edib.

Qeyd edək ki, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 12 min 660-ı uşaq, 8 min 570-i qadın olmaqla, 30 min fələstinli həlak olub, 70 min nəfər isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Qəzzada 1,9 milyon fələstinli havadan, qurudan və dənizdən edilən hücumlar səbəbilə didərgin düşüb.

İsrailin maneələri səbəbindən bölgəyə kifayət qədər yardım çatdırıla bilmir. Fələstinlilər bir tərəfdən İsrailin hücumları ilə, digər tərəfdən isə hər gün dərinləşən aclıqla mübarizə aparır.

Hafiz Rufizoğlu