İsrail qeyri-qanuni məskunlaşmalarla Fələstinin demoqrafik strukturunu dəyişir - Belçika

İsrail qeyri-qanuni məskunlaşmalarla Fələstinin demoqrafik strukturunu dəyişir - Belçika

Bakı. TurkicWorld:

İsrail qeyri-qanuni məskunlaşmalarla Fələstinin demoqrafik strukturunu dəyişir.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Ədalət Məhkəməsinin dinləmələrində Belçika adından çıxış edən Xarici İşlər Nazirliyinin hüquq məsələləri üzrə baş direktoru Piet Heirbaut bildirib.

"İşğal nə qədər uzun çəkərsə, işğalçı dövlətin öhdəlikləri bir o qədər geniş şəkildə şərh edilməlidir”, - deyə o əlavə edib.

O, həmçinin, İsrailin Qəzzada həyata keçirdiklərinin cinayət olduğunu bildirib.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 29 min 195 nəfərə çatıb.

X: Lamanasadli01