Fransalı deputat Qəzzada soyqırım riskindən xəbərdar olan ölkələrin hərəkətə keçməsini tələb edib

Fransalı deputat Qəzzada soyqırım riskindən xəbərdar olan ölkələrin hərəkətə keçməsini tələb edib

Bakı. TurkicWorld:

Fransalı millət vəkili Elza Faucillon, İsrailin hücumlarının davam etdiyi Qəzzada "soyqırım" baş verdiyindən xəbərdar olan ölkələri hərəkətə keçməyə çağırıb.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Faucillon, İsrailin cəzasız qalmaması üçün ölkələrin Tel-Əviv rəhbərliyinə qarşı sanksiyalar tətbiq etməli olduğunu, bölgədə atəşkəsin daha tez əldə oluna biləcəyini bildirib.

"Beynəlxalq Ədalət Məhkəməsi Qəzzada ciddi soyqırım riskinin olduğu bildirildi. Buna əsaslanaraq, beynəlxalq hüquqa görə, soyqırım riskindən xəbərdar olan dövlətlər passiv olmamalıdırlar, əks halda onlar soyqırımda şərik olacaq", - deyə o əlavə edib.

Elsa Faucillon, ölkələrin İsrailin Qəzzaya hücumları ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) müraciət edə biləcəyini, beləliklə məhkəmənin araşdırma apara biləcəyini, sübutlar toplaya biləcəyini və aşkar etdiyi günahkarları cəzalandıra biləcəyini də vurğulayıb.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 28 min 775 nəfərə çatıb.

X: Lamanasadli01