Aİ Komissiyası Macarıstana qarşı yeni pozuntu proseduru başladıb

Aİ Komissiyası Macarıstana qarşı yeni pozuntu proseduru başladıb

Bakı. TurkicWorld:

Avropa İttifaqı Komissiyası Macarıstana qarşı Birlik qanunlarını pozduğunu əsas gətirərək yeni pozuntu proseduru başladıb.

TurkicWorld-un məlumatına görə, Aİ Komissiyası müxalifəti susdurmaq məqsədi daşıdığı üçün tənqid edilən “Suverenliyin müdafiəsi” adlı qanunun Avropa Birliyi qanunlarını pozduğunu əsas gətirib.

Aİ Komissiyasından verilən açıqlamada, qərarın Macarıstan parlamentində 12 dekabr 2023-cü ildə qəbul edilən və dekabrın 22-dən qüvvədə olan qanunun hərtərəfli qiymətləndirilməsi və bununla bağlı bildirişin alındığı bildirilib.

Açıqlamada sözügedən qanun Macarıstanın müxalifəti susdurmağı hədəflədiyi səbəbiylə tənqid edilib.

Bəyanatda Macarıstanın bildirişə cavab verməsi üçün 2 ay müddətinin olduğu bildirilib və müəyyən edilmiş məsələlərin həll edilmədiyi təqdirdə pozuntu prosedurunun növbəti addımı kimi əsaslandırılmış rəyin təqdim edilməsinə qərar verilə biləcəyi vurğulanıb.

Məlumat üçün qeyd edək ki, Macarıstan bir müddətdir ki, demokratiya və qanunun aliliyi kimi prinsiplərdə geriləmə olduğu səbəbilə AB tərəfindən tənqid edilir.

Aİ Komissiyası bundan əvvəl də bu tədbirə əl atıb.

Hafiz Rufizoğlu